Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.25.2026 | 12:46 | Baxılıb: 1769
Rumıniyanın Deputatlar Palatası (parlamentin aşağı palatası) Rumıniya ilə Moldovanın birləşməsi haqqında qanun layihəsini qəbul edib. 

“gece.ws” yerli “Gândul” portalına istinadən xəbər verir ki, Avropa Parlamentinin deputatı Diana Şoşoaka tərəfindən hələ fevral ayında irəli sürülmüş bu təşəbbüs “səssiz qəbul” adlanan prosedur əsasında icra edilib.

Belə ki, reqlamentə əsasən, 45 gün ərzində plenar iclasda baxılmamış və rədd edilməmiş layihələr avtomatik olaraq təsdiq edilmiş hesab olunur. Lakin aşağı palatanın qərarı yekun hesab olunmur. Artıq qanun layihəsi baxılması üçün Rumıniya parlamentinin yuxarı palatası olan Senata göndərilib.

Xatırladaq ki, daha əvvəl Moldova Prezidenti Maya Sandu Rumıniyanın tərkibinə qatılmanın ölkəsinin Avropa İttifaqına (Aİ) daha tez daxil olmasına imkan verəcəyini bildirmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.