“gece.ws” TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Sadır Japarov Oş vilayətinin Alay rayonunun əhalisi ilə görüşü zamanı bildirib.
“Bu işi gələn il başa çatdırmağı planlaşdırırıq”, - o deyib.
Qırğızıstan prezidenti həmçinin yaşayış məntəqələrinə ölkənin tanınmış tarixi şəxsiyyətlərinin adlarının verilməsinin əleyhinə olduğunu qeyd edib.
Qeyd edək ki, Sadır Japarovun 2021-ci ildə prezident seçilməsindən sonra ölkədə 15-dən çox yaşayış məntəqəsinin rus dilində olan adları rəsmi olaraq dəyişdirilib.