“gece.ws” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.
Bildirilib ki, “AlfaStrakhovanie” ASC fevral ayından təbii fəlakətlə əlaqədar sığorta ödənişləri həyata keçirir:
“Uçuşda olan 62 sərnişindən 46-nın yaralanması və həlak olması ilə bağlı iddialar tam təmin edilib, o cümlədən 15 Rusiya vətəndaşından 7-nin, 38 Azərbaycan vətəndaşından 35-nin, 3 Qırğızıstan vətəndaşının hamısının, 6 Qazaxıstan vətəndaşından isə 1-nin tam ödənişi təmin edilib. Bu günə olan məlumata görə, təyyarənin xəsarət almış sərnişinlərinə və ölənlərin yaxınlarına ümumilikdə 358,4 milyon rubl sığorta ödənişi edilib”.
Departamentdən o da bildirilib ki, Azərbaycan aviaşirkətinə təyyarəyə görə tam sığorta dəyəri - 1,003 milyard rubl məbləğində sığorta kompensasiyası ödənilib.
Qeyd edilir ki, xəsarət alanlar və ölənlərin yaxınları ilə tam hesablaşma məqsədilə kompensasiya məbləğlərinin razılaşdırılması istiqamətində iş davam etdirilir.