
“gece.ws” xəbər verir ki, Zaxarova bu barədə keçirdiyi həftəlik brifinqdə danışıb.
“Rusiya vətəndaşlarının quru sərhədlər vasitəsilə İranı maneəsiz tərk etməsini təmin etməyə yardımlarına görə Azərbaycan, Ermənistan və Türkmənistan rəhbərliyinə təşəkkür edirik”, - o qeyd edib.
Xatırladaq ki, dünən Rusiya FHN-ə məxsus “İl-76” təyyarəsi Azərbaycan sərhədi ilə İranı tərk edən rusiyalıları təxliyə etmək üçün Azərbayana gəlmişdi. Bu gün isə həmin təyyarə 117 Rusiya vətəndaşını Azərbaycandan Moskvaya aparıb.