Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.25.2026 | 18:20 | Baxılıb: 1618
Rusiya ordusunun Dnepr şəhərinə gün ərzində həyata keçirdiyi kütləvi hücumlar nəticəsində ölənlərin sayı 5-ə, yaralıların sayı isə 34-ə çatıb.

“gece.ws” xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat yayıb:

“Gecə saatlarında baş verən dəhşətli hücumun ardınca, düşmən günorta saatlarında eyni yaşayış kvartalına təkrar zərbələr endirib. Son zərbə nəticəsində daha bir nəfər həlak olub, 7 nəfər yaralanıb. Yaralılar arasında vəziyyəti orta-ağır olan 15 və 16 yaşlı yeniyetmələr də var. Ümumilikdə gün ərzində baş verən terror aktları nəticəsində 34 nəfər xəsarət alıb ki, onlardan da bir neçəsi uşaqdır. Şəhərdəki 4 mərtəbəli yaşayış binası qismən dağılıb, onlarla müəssisə, mağaza və avtomobil yararsız hala düşüb”.

Ukrayna Prezidenti Volodimir Zelenski hadisəyə sərt reaksiya verib. O bildirib ki, Rusiya adi mülki infrastrukturu və yaşayış binalarını hədəf almağa davam edir:

“Hər bir belə zərbə tərəfdaşlarımıza xatırlatmalıdır ki, vəziyyət dərhal və sərt addımlar atılmasını, Hava Hücumundan Müdafiə sistemlərimizin təcili gücləndirilməsini tələb edir”.

Hazırda şəhərdə xilasetmə və dağıntıların təmizlənməsi işləri davam etdirilir.

***

Hava hücumu nəticəsində xəsarət alanların sayı 46 nəfərə çatıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.