Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.30.2026 | 10:38 | Baxılıb: 1829
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məsləhətləşmələr aparmaq üçün Moskvaya çağırılıb.

“gece.ws” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

Bildirilib ki, qərar Ermənistan rəhbərliyinin Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində atdığı addımlar fonunda qəbul edilib.

Rusiya tərəfi hesab edir ki, bu siyasət Avrasiya İqtisadi Birliyi çərçivəsində əməkdaşlığa mənfi təsir göstərə bilər.

Qeyd olunub ki, səfirin Moskvaya çağırılması yaranmış vəziyyətlə bağlı məsləhətləşmələrin aparılması məqsədi daşıyır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.