Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.12.2025 | 16:00 | Baxılıb: 2568
“Rusiya Ermənistan və Azərbaycandan “3+3” formatında növbəti görüşün yerinin və tarixinin tezliklə razılaşdırılması üzrə əməli addımlar gözləyir”.

“gece.ws” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova brifinqdə danışıb. 

O qeyd edib ki, Moskva tərəfdaşlara bütün istiqamətlər üzrə yardım etməyə hazır olduğunu təsdiq edir: “Bu, Ermənistanla Azərbaycan arasında normallaşmaya dair məsələlərin, eləcə də Cənubi Qafqaza dair digər aktual mövzuların müzakirə edilməsi üçün yaxşı platformadır”.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın XİN rəhbəri Sergey Lavrov “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İran) çərçivəsində nazirlərin üçüncü görüşünə hazırlıq getdiyini bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.