Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.30.2025 | 03:20 | Baxılıb: 2133
Almaniya kansleri Fridrix Merts ölkəsinin Rusiya ilə münaqişə vəziyyətində olduğunu bildirib.

“gece.ws” xəbər verir ki, o, bunu Fransanın LCI telekanalına müsahibəsində deyib.

“Biz artıq Rusiya ilə münaqişə vəziyyətindəyik”, - Almaniya hökumətinin başçısı bildirib.

Onun fikrincə, bu vəziyyət Rusiyanın Almaniyanın əksər hissəsində sabitliyi pozması və sosial şəbəkələr vasitəsilə müdaxilə əməliyyatları aparması ilə bağlıdır. 

Mertsin sözlərinə görə, kəşfiyyat xidmətləri ona hər gün infrastruktura hücumlar və Rusiyanın ictimai rəyə təsiri barədə məlumat verir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.