Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.17.2026 | 14:44 | Baxılıb: 819
“Azərbaycan Rusiya ilə qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq gündəlikdə olan məsələlərin bütün kompleksini müzakirə etməyə hazırdır”.

“gece.ws” TASS-a istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib. 

“Əlbəttə, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq gündəlikdə olan məsələlərin bütün kompleksini, o cümlədən beynəlxalq platformalardakı təmaslarımızı və əməkdaşlığımızı müzakirə etməyə hazır olacağıq”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, bu sahədə qlobal problemə baxmayaraq, Azərbaycanla Rusiya arasında iqtisadiyyatda müsbət trend mövcuddur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.