Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.16.2026 | 09:44 | Baxılıb: 1215
Aprelin 16-na keçən gecə Rusiya ordusu Odessaya dron və raketlərlə hücum edib.

“gece.ws” UNİAN-a istinadən xəbər verir ki, hücumlar nəticəsində azı 7 nəfər həlak olub, daha 11 nəfər yaralanıb.

Məlumata görə, şəhər əvvəlcə pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb, səhərə yaxın isə raket hücumu baş verib. Nəticədə, infrastruktur obyektləri və yaşayış binası zədələnib.

Hücuma məruz qalmış ərazilərdə müvafiq xilasetmə xidmətləri çalışır. Yaralılara tibbi yardım göstərilib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, ötən gecə ərzində ölkə ərazisində 87 ədəd “SHAHED/Herbera” tipli dron vurulub.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.