
“gece.ws” xəbər verir ki, bu barədə Rusiyanın Tehrandakı diplomatik missiyasının yaydığı rəsmi bəyanatda deyilir.
Səfirlik bildirib ki, hazırda İrandan çıxmaq üçün ən optimal marşrutlar Astara sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycana, eləcə də “Nurduz”/”Aqarak” buraxılış məntəqəsi vasitəsilə Ermənistana keçməkdir. Diplomatik nümayəndəlik vətəndaşlarından hərəkət zamanı maksimum dərəcədə ehtiyatlı və sayıq olmalarını xahiş edib.
Qeyd edək ki, sözügedən xəbərdarlıq bu gün səhər saatlarında İsrail və ABŞ-nin İrana qarşı başlatdığı genişmiqyaslı hərbi əməliyyatdan sonra yaranmış gərgin vəziyyətlə əlaqədardır. Rusiya tərəfi artıq öz vətəndaşlarına hərbi və dövlət obyektlərindən uzaq durmağı, həmçinin imkan daxilində ölkəni tərk etməyi tapşırıb.