Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.04.2026 | 22:40 | Baxılıb: 1321
Rusiya Xarici İşlər Nazirliyi Niderlandın səfiri Joanneke Balfoortu çağırıb.

“gece.ws” xəbər verir ki, bu barədə nazirliyin saytında müvafiq məlumat dərc olunub.

Niderland diplomatik missiyasının rəhbərinə sərt etiraz edilib. Buna səbəb kimi Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasından irəli gələn beynəlxalq öhdəlikləri Haaqanın pozması göstərilib.

“Fevralın 24-də Rusiyanın Haaqadakı səfirliyi qarşısında Niderland hakimiyyətinin razılığı və Krallığın hüquq-mühafizə orqanlarının tam hərəkətsizliyi ilə diplomatik nümayəndəliyin işini faktiki olaraq əngəlləyən anti-Rusiya etiraz aksiyası keçirilib”, - Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.