Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.08.2026 | 11:00 | Baxılıb: 1292
Ukrayna ordusu pilotsuz uçuş aparatı ilə “Rusiyanın Cənub Bölgəsinin Aeronaviqasiya İdarəsi” filialının inzibatı binasına zərbə endirib.

“gece.ws” “Kommersant”a istinadən xəbər verir ki, nəticədə Rusiyanın cənubunda 13 hava limanının fəaliyyəti dayandırılıb. 

Məlumata görə, hazırda Həştərxan, Vladiqafqaz, Volqoqrad, Gelencik, Qroznı, Krasnodar, Mahaçqala, Maqas, Mineralnıye Vodı, Nalçik, Soçi, Stavropol və Elista hava limanları müvəqqəti işləmir. 

Rusiyanın Nəqliyyat Nazirliyi məsələ ilə bağlı araşdırma aparır.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.