Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.09.2026 | 21:05 | Baxılıb: 7062
Tanınmış komediya ustası Maksim Qalkin uşaqlıq illərindən fotolarını paylaşıb.

“gece.ws” xəbər verir ki, Qalkin ağ-qara görüntüləri instaqram səhifəsində yayımlayıb.

İlk fotoda Qalkinin qışda açıq havada palto və papaq geyindiyi görünür. İkinci fotoda onun atasının əlindən tutması, anası və yaxınlıqda dayanan başqa bir qadın əks olunub.

Komediyaçı paylaşıma yazdığı şərhdə birinci fotonun Moskvanın Puşkin meydanında, ikincinin isə Almaniyada çəkildiyinə aydınlıq gətirib.

Xatırladaq ki, M.Qalkin 2022-ci ilin sentyabrında Rusiyanın “xarici agentlər” reyestrinə daxil edilib. Buna səbəb yumoristin sosial şəbəkə paylaşımlarında Rusiya siyasətini və Ukraynaya qarşı aparılan müharibəni pisləməsi olub. Bunun ardınca, o, həyat yoldaşı Alla Puqaçova və övladları ilə birlikdə ölkəni tərk edib. 




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.