
“gece.ws” xəbər verir ki, bu barədə məlumatı “Kommersant” yayıb.
53 yaşlı M.Mirzəyev külli miqdarda rüşvət almaqda təqsirli bilinib. O, cəzasını ciddi rejimli koloniyada çəkəcək.
İstintaq məlumatına əsasən, general-mayor 2023-cü ildə anbar inşası üçün modullar istehsal edən şirkətin rəhbərliyindən 140 milyon rubl məbləğində rüşvət alıb.
Xatırladaq ki, general 2024-cü ilin noyabrında Moskvada həbs edilmişdi.