Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rusiyada Mi-8 helikopteri radarlardan itdi
 
						Rusiyada Mi-8 helikopteri radarlardan itdi
Əlavə olunub: 07.14.2025 | 13:47 | Baxılıb: 1659
“Vzlyot” aviaşirkətinə məxsus Mi-8 helikopteri Rusiyanın Oxotsk şəhərindən Maqadana uçan zaman radarlardan itib.

“gece.ws” xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Bildirilib ki, helikopterin göyərtəsində üçü ekipaj üzvü və ikisi texnik olmaqla 5 nəfər olub.

Qeyd olunub ki, helikopter yerli vaxtla saat 19:00-da Maqadan şəhərinə çatmalı idi. Lakin Mİ-8 Uşki körfəzinə çatmamış Maqadanın sərhədindən 50 km məsafədə yerləşən Loşadinaya körfəzi ərazisində radarlardan itib.

Helikopterin axtarışına Oxotskdan Mi-8 helikopteri, Maqadandan isə An-26 təyyarəsi cəlb olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.