Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.29.2026 | 14:55 | Baxılıb: 1223
Rusiya Dövlət Duması miqrantlar üçün Rusiya vətəndaşlığının alınmasına görə rüsumun 12 dəfə artırılmasına dair qanun layihəsinə prioritet qaydada baxacaq. 

“gece.ws” xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz “Telegram” kanalında məlumat verib.

Spikerin sözlərinə görə, Rusiya pasportunun alınmasına görə rüsumun 4200 rubldan (təxminən 95 AZN) 50000 rubla (təxminən 1130 AZN) qədər artırılması planlaşdırılır. 

Bundan əlavə, Rusiya ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə görə rüsum 8 dəfə artırılaraq 1920 rubldan (təxminən 43 AZN) 15000 rubla (təxminən 340 AZN) çatdırılacaq. Yaşayış icazəsinin verilməsi üçün ödənişin isə 5 dəfə artırılaraq 6000 rubldan (təxminən 135 AZN) 30000 rubla (təxminən 680 AZN) çatdırılması təklif olunur. 

Volodin qeyd edib ki, bu tədbirlər miqrasiya sahəsində qaydaların daha da nizamlanmasına kömək etməlidir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.