Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.23.2025 | 07:10 | Baxılıb: 2321
Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərində yerləşən zavodda baş verən partlayış nəticəsində 9 nəfər həyatını itirib.

“gece.ws"in xəbərinə görə, bu barədə məlumatı vilayət qubernatoru Aleksey Teksler verib.

O, “Telegram” kanalında yayılan paylaşımında bildirib ki, hadisə zamanı əlavə 5 nəfər yaralanıb.

Qubernatorun sözlərinə görə, açıq alov artıq söndürülüb, əraziyə su verilib və xilasedicilər tezliklə dağıntıların təmizlənməsinə başlayacaqlar.

Teksler həmçinin vurğulayıb ki, insidentin şəhər sakinləri və digər mülki obyektlər üçün təhlükəsi yoxdur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.