Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.24.2026 | 11:43 | Baxılıb: 2021
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) iyulun 27-dən Ermənistandan Rusiyaya süd məhsullarının tədarükünə məhdudiyyət tətbiq edəcək. 

“gece.ws” xəbər verir ki, bu barədə qurum özünün rəsmi saytında məlumat yayıb. 

Məlumata görə, bu qərar iyulun 14-dən 21-dək aparılan yoxlamaların nəticəsinə uyğun olaraq verilib. Belə ki, sözügedən yoxlamalar zamanı Rusiyaya idxal edilən məhsulların istehsalı zamanı xəstəliyə yoluxmuş heyvanların südündən istifadə edilməsi müəyyən edilib. 

Xatırladaq ki, daha əvvəl Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Ermənistandan meyvə-tərəvəzlər, gül və balıq məhsullarının idxalına məhdudiyyətlər tətbiq edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.