
“gece.ws” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadənin Mariya Zaxarovanın son brifinq zamanı səsləndirdiyi qeyri-məqbul fikirlərinə dair şərhində deyilir.
“Ümummilli Lider Heydər Əliyevin adının bu şəkildə xatırlanması onun irsinə və Azərbaycan xalqına qarşı hörmətsizlikdir. Bu cür açıqlamalar rəsmi nümayəndədən gözlənilən standartlara uyğun gəlmir.
Diplomatiya gərginliyi artıran və etibarlılığı zədələyən yersiz bəyanatlar deyil, intizam, dəqiqlik və məsuliyyət tələb edir. Rusiya tərəfindən bu açıqlama ilə bağlı izahat gözləyirik”, - məlumatda qeyd olunub.