Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.15.2025 | 16:30 | Baxılıb: 1829
ABŞ Prezidenti Donald Tramp ilk dəfə Rusiyanı Ukraynadakı müharibə ilə bağlı “təcavüzkar” adlandırıb.

“gece.ws” xəbər verir ki, bu barədə məlumatı “Politico” yayıb. 

Bildirilib ki, dünən Rusiya və Ukrayna qoşunlarının itkiləri barədə jurnalistlərə açıqlama verən Tramp deyib: “Bu həftə ərzində hər iki tərəfdən 8000 əsgər həlak olub. Rusiya tərəfində itkilər bir qədər çoxdur, lakin təcavüzkar olanda, daha çox itirirsən”.

Qeyd edək ki, ABŞ lideri əvvəllər Ukraynadakı müharibə ilə bağlı Rusiyanı tənqid etməkdən imtina edirdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.