
“gece.ws” TASS-a istinadən xəbər verir ki, gəminin yenidən suya qaytarılması üçün başladılan xilasetmə əməliyyatının təhlükəsizliyini təmin etmək məqsədilə boğaz hər iki istiqamətdə naviqasiya üçün bağlanıb.
Hadisə yerinə dərhal xilasetmə yedəkləri və dalğıclar cəlb olunub. Gəmi su altında yoxlanıldıqdan sonra onun xilas edilməsi prosesinə başlanılacaq. Boğazdan keçməli olan bütün gəmilər yaranmış vəziyyət barədə məlumatlandırılıb.