Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.13.2025 | 17:28 | Baxılıb: 2067
ABŞ Prezidenti Donald Tramp NATO ölkələrinin ortaq qərara gələcəyi, eləcə də Rusiya neftindən imtina edəcəyi təqdirdə Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib. 

“gece.ws” xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib. 

“NATO-nun bütün ölkələri bununla razılaşsa, eyni addımı atsa və Rusiyadan neft almağı dayandırsa, Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazıram”, - ABŞ lideri bildirib. 

Onun sözlərinə görə, Rusiyadan neft alışı alyansın həmin ölkə ilə bağlı danışıqlar mövqeyini zəiflədir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.