Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.14.2026 | 01:10 | Baxılıb: 946
Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U23 Avropa çempionatı davam edir.

“gece.ws” xəbər verir ki, yarışın 5-ci günündə iki qadın güləşçimiz həlledici görüşə çıxıb.

Nərgiz Səmədova (53 kq) bürünc medal görüşündə türkiyəli Şevval Çayıra uduzaraq (0:12) beşinci yerlə kifayətlənib.

Ruzanna Məmmədovanın (62 kq) final görüşü gərgin mübarizə şəraitində keçib. Rusiyalı Amina Tandelovaya 3:5 hesabıyla məğlub olan güləşçimiz gümüş medalı boynundan asıb.

Beləliklə, millimiz qitə birinciliyini 3 medalla başa vurub.

Xatırladaq ki, ötən gün Günay Qurbanova (59 kq) qızıl, Gültəkin Şirinova (55 kq) isə gümüş medal qazanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.