Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.04.2025 | 13:45 | Baxılıb: 853
Gürcüstanın hakim “Gürcü arzusu” partiyası sabiq Prezident Mixail Saakaşvilinin təsis etdiyi “Vahid Milli Hərəkat” partiyasının fəaliyyətinin qadağan olunması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.

“gece.ws” TASS-a istinadən xəbər verir ki, müraciət məhkəmənin saytında dərc olunub.

Bu, instansiyanın müraciəti qeydə aldığını təsdiqləyir.

İddia ərizəsini parlamentin 88 deputatı təqdim edib. Sənəddə Saakaşvilinin partiyası da daxil olmaqla üç müxalif siyasi qüvvənin qeyri-konstitusion hesab edilməsi və qadağan olunması tələbi yer alır.

Qeyd edək ki, sentyabrın 27-si Gürcüstan Baş naziri İrakli Kobaxidze oktyabr ayında Saakaşvilinin 2004-2013-cü illərdə rəhbərlik etdiyi “Vahid Milli Hərəkat” partiyasının qadağan olunması üçün Konstitusiya Məhkəməsinə müraciət ediləcəyini açıqlamışdı.

Onu da bildirək ki, 57 yaşlı Saakaşvili 2021-ci il oktyabrın 1-də gizli şəkildə getdiyi Tbilisidə saxlanılmışdı. Gürcü siyasətçi bu müddət ərzində bir neçə cinayət işi üzrə mühakimə olunub. Daha bir neçə ittiham üzrə isə məhkəmə prosesləri davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.