Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.11.2026 | 11:38 | Baxılıb: 1545
Saatlı rayonunun Musalı kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

“gece.ws” xəbər verir ki, araşdırmalarla yanğının kənd sakini Ş.Cəfərov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində ərazidə quru otlaq sahəsi yanıb. Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.

Oxşar hadisə Ağcabədi rayonunun Poladlı kəndi ərazisində də baş verib. Yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğının rayon sakini A.Xəlilov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 70 sot əkin sahəsi yanıb.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.