Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.21.2026 | 12:52 | Baxılıb: 3554
Aprelin 22-si gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “gece.ws”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimalı var. Şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-11° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80%, gündüz 60-65% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 5-10° isti olacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.