Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.09.2026 | 19:09 | Baxılıb: 904
Sabah Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı ixrac olunacaq.

“gece.ws” xəbər verir ki, qonşu ölkəyə ümumilikdə 16 vaqon dizel yanacağının göndərilməsi nəzərdə tutulub.

Bundan başqa, bölgədəki nəqliyyat-kommunikasiya xətlərinin aktivləşməsi çərçivəsində Rusiyadan Ermənistana gedən yüklərin Azərbaycan ərazisindən tranziti də davam edir. Məlumata görə, sabah Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 6 vaqon gübrə və 4 vaqon taxıl tədarük olunacaq.

Bütün məhsullar “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola salınacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.