Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.04.2026 | 14:27 | Baxılıb: 1261
“Sabah” kapitanı Amin Seydiyevlə yolları ayırıb.

“gece.ws” xəbər verir ki, bu barədə Masazır təmsilçisi məlumat yayıb. 

27 yaşlı müdafiəçinin başa çatan müqavilə müddəti yenilənməyib. Seydiyev komandada meydana çıxdığı 186 oyunda 7 qola imza atıb.

“Sabah”ın heyətində bir dəfə Azərbaycan çempionluğunu və iki dəfə ölkə kubokunu qazanan Amin həmçinin klub tarixində ən çox oyun keçirmiş futbolçudur.

Qeyd edək ki, müdafiəçi 2020-ci ildən “Sabah”da oynayırdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.