
“gece.ws” xəbər verir ki, bu barədə Bakı klubu məlumat yayıb.
Bildirilib ki, “Sabah” 27 yaşlı futbolçunun transfer hüquqlarına sahib çıxıb.
Polşalı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Puxaç ötən ilin sentyabrından “Sabah”ın uğurları üçün çalışır. O, cari mövsüm bütün turnirlərdə 33 oyunda meydana çıxıb, 2 qol vurub və 12 məhsuldar ötürmə edib.
Almaniyanın “Holştayn Kil” klubunun idman direktoru Olaf Rebbe açıqlamışdı ki, Puxaç üçün “Sabah”dan 1 milyon avro istəyiblər. Masazır klubu həmin məbləği ödəyib.