Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.30.2026 | 15:57 | Baxılıb: 1405
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” (Azərbaycan) - “Orhus” (Danimarka) cavab oyununa hakim təyinatları elan edilib.

“gece.ws” xəbər verir ki, qaşılaşma Portuqaliyadan olan hakimlər briqadasına həvalə edilib.

Oyunun referisi Juan Pineyru olacaq. Ona yan xətt hakimləri qismində Lusiano Maria və Hüqo Markes kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Fabio Verissimo yerinə yetirəcək.

VAR Tyaqu Martinsə, AVAR isə Andre Narkisoya tapşırılıb.

Komandalar arasında ilk oyun avqustun 5-də Danimarkada, cavab qarşılaşması isə avqustun 11-də Bakıda keçiriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.