Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.15.2026 | 02:07 | Baxılıb: 9896
Uruqvay milli komandası dünya çempionatının ilk turunun oyunu üçün  ABŞ-yə gələ bilmir.

“gece.ws” xəbər verir ki, bu barədə adıçəkilən ölkənin mətbuatı məlumat yayıb. 

Buna səbəb isə komandanın bəzi sənədləri itirməsidir.

Hazırda Meksikada məskunlaşan uruqvaylılar ABŞ-yə uça bilmir. Onlar sabah Səudiyyəti Ərəbistanı yığması ilə qarşılaşacaqlar. 

Matç Bakı vaxtilə saat 02:00-da başlayacaq. 

Lakin Uruqvay yığması hələ də matçın keçiriləcəyi şəhərə gəlməkdə problem yaşayır. 

Artıq ölkənin Futbol Federasiyası bunun üçün FİFA-ya müraciət edib. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.