
“gece.ws” xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” da bu gün meydana çıxacaq.
Valdas Dambrauskasın komandası öz meydanında Danimarka çempionu “Orhus”la qarşılaşacaq.
Tərəflər arasında Danimarkada keçirilən ilk matçda “Orhus” 2:1 hesablı qələbə qazanıb.
Saat 20:00-da keçiriləcək görüşü fransalı hakimlər briqadası idarə edəcək.
Bu cütün qalibi pley-off mərhələsində “Srvena Zvezda” – “Hapoel” (Ber-Şeva, İsrail) duelinin güclüsü ilə qarşılaşacaq.
Məğlub tərəf isə Avropa Liqasının pley-offunda “Benfika” (Portuqaliya) – “Harts” (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
11 avqust
20:00. “Sabah” (Azərbaycan) – “Orhus” (Danimarka)
İlk oyun - 1:2
Hakimlər: Villi Delajo, Ervan Finjean, Valentin Evrard, Erik Vattellier
“Bank Respublika Arena”.
***
Komandaların start heyətləri bəlli olub:
“Sabah”: 92 Stas Pokatilov (k), 3 Stiv Solvet, 5 Rəhman Daşdəmirov, 80 Akim Zedadka, 27 Puxaç, 7 Umarali Raxmonaliyev, 13 İvan Lepinitsa, 21 Velko Simiç, 10 Aleksey İsayev, 20 Coy-Lens Mikels, 99 Orfe Mbina
Ehtiyat oyunçular: 1 Amin Ramazanov, 94 Rəvan Mirzəmmədov, 4 Aden Makarti, 6 Abdulah Xaybulayev, 8 Kristian Nvaçukvu, 11 Kahim Parris, 16 Rauf Rüstəmli, 17 Tellur Mütəllimov, 23 Yunes Laşab, 33 Erivaldo Almeyda, 34 Xander Severina, 88 Rodriqo Fernandeş
“Orhus”: 21 Kristiansen, 19 Kal, 25 Rösler, 26 Andersen, 11 Links, 10 Arnstad (k), 4 Knudsen, 16 Yönsson, 29 Karstensen, 28 Boqere, 31 Bek
Ehtiyat oyunçular: 1 Hansen, 42 Van der Raad, 7 Solbakken, 8 Yörgensen, 13 Serra, 14 Mölqaard, 20 Kristiansson, 23 Andersen, 27 Çamçe, 39 Emeri, 44 Kamara, 45 Storx
***
Matç başladı.
***
Fasilə.
***
İkinci hissə başladı.
***
59-cu dəqiqədə Velko Simiç hesabı açır.
***
Stiv Solvet 67-ci dəqiqədə hesabı 2:0 edir. Ümumi hesab 3:2 komandamızın xeyrinə olur.
***
79-cu dəqiqə Coy-Lens Mikels 3-cü qolu vurur. Ümumi hesab 4:2
***
Sander Severina 89-cu dəqiqədə 4-cü qolu vurur.
***
Matç komandamızın 4:0 hesablı darmadağını ilə başa çatır. Bununla da Masazır təmsilçisi ümumi hesabda 5:2 qələbə qazanaraq, ÇL-in pley-off mərhələsinə vəsiqə qazanır.