
“gece.ws” xəbər verir ki, bu barədə Masazır təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, “Sabah”ın ev oyunlarını keçirdiyi “Bank Respublika Arena” 13 min tamaşaçı tutumuna malikdir. Bu gün saat 20:00-da start götürəcək qarşılaşmanı Rəvan Həmzəzadənin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan ilk görüşdə tərəflər hərəyə iki qol vuraraq (2:2) bərabərliyə razılaşıblar. Bu gün qələbə qazanacaq komanda finalda artıq vəsiqəni təmin etmiş “Zirə”nin rəqibi olacaq.