Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.14.2026 | 00:25 | Baxılıb: 6736
“Sabah”ın Azərbaycan Kubokunun finalında “Zirə”ni udması 3 klub üçün də sərfəli olub.

“gece.ws” xəbər verir ki, “Qarabağ” çempionatda ikinci olacağı halda Avropa Liqasında mübarizə aparacaq.

Əgər “Zirə” qalib olsaydı, onlar bu turnirdə iştirak hüququ qazanmayacaqdı. Bu da “Qarabağ” üçün daha geniş imkanlar yaradır. Qurban Qurbanovun komandası Avropa Liqasında uduzacağı halda Konfrans Liqasında yoluna davam edə biləcək. “Turan Tovuz” isə “Sabah”ın qələbəsindən sonra Konfrans Liqasına ikinci təsnifat mərhələsindən başlayacaq. Əks-halda bu baş verməyəcəkdi. “Neftçi” isə Misli Premyer Liqasında qalan 2 oyundan birini udarsa, artıq avrokuboklara gedəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.