
“gece.ws” xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən matçda meydan sahibləri rəqibini darmadağın edirlər.
Hazırda 53 xalla turnir cədvəlinin vahid lideri olan Masazır təmsilçisi oyunun ilk hissəsində rəqib qapısından 4 top keçirməyi bacarıb.
Belə ki, görüşün 11-ci dəqiqəsində Coy Lens Mikels hesabı açıb. 24-cü dəqiqədə Aleksey İsayev fərqi iki topa çatdırıb. “Sabah”ın hücumlarını davam etdirdiyi oyunda 32-ci dəqiqədə Coy Lens Mikels dublunu rəsmiləşdirib, 40-cı dəqiqədə isə Kahim Parris rəqib qapısına dördüncü qolu vuraraq ilk hissənin nəticəsini müəyyənləşdirib.
Hazırda oyunda fasilədir.
Qeyd edək ki, “Qəbələ” hazırda 16 xalla 11-ci pillədə qərarlaşıb. Cari mövsümdə tərəflər arasında keçirilən əvvəlki hər iki matçda da “Sabah” rəqibini 1:0 hesabı ilə məğlub etmişdi.
“Sabah”ın ilk hissədə vurduğu qolları təqdim edirik:
***
İkinci hissə başladı.
***
Aaron Maluda 53-cü dəqiqədə fərqi 5-ə çatdırır.
***
63-cü dəqiqədə Cesse Sekidika hesabı 6:0 edir.
***
77-ci dəqiqə Rəhman Daşdəmirov başla fərqlənir.
Adriel Ba Lua 87-ci dəqiqədə qollardan birinin əvəzin çıxır.
***
Matç “Sabah”ın 7:1 hesablı qələbəsi ilə başa çatdı.