Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.16.2026 | 19:14 | Baxılıb: 4344
Misli Premyer Liqasının 2-ci turunun oyun cədvəli məlum olub.

“gece.ws” xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqası məlumat yayıb.

Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq. Matçlar 22 və 23 avqust tarixlərində keçiriləcək.

Qeyd edək ki, ölkəmizi müvafiq olaraq UEFA Çempionlar Liqasında və UEFA Konfrans Liqasında təmsil edən “Sabah” və “Qarabağ” klublarının rəsmi müraciətlərini, onların tur üzrə rəqiblərinin rəsmi razılıq məktublarını nəzərə alan Peşəkar Futbol Liqası ölkəmizin beynəlxalq arenada idman nüfuzunun uğurla təmsil olunmasını rəhbər tutaraq “Sabah” - “Sumqayıt” və “Qarabağ” - “Kəpəz” oyunlarının təxirə salınması barədə qərar qəbul edib.

22 avqust (şənbə)

“Qəbələ” – “Şəfa”
Qəbələ şəhər stadionu, 18:30

“Zirə” – “İmişli”
Zirə İdman Kompleksinin stadionu, 20:45

23 avqust (bazar)

“Turan Tovuz” – “Şamaxı”
Tovuz şəhər stadionu, 18:30

“Neftçi” – “Araz-Naxçıvan”
“Palms Sports Arena”, 20:45

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.