Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.27.2026 | 23:33 | Baxılıb: 2536
Misli Premyer Liqasında XXIX turun sonuncu matçı “Sabah”ın üstünlüyü ilə başa çatıb.

“gece.ws” xəbər verir ki, Masazır təmsilçisi “Bank Respublika Arena”da “Karvan-Yevlax”ı qəbul edib.

Gərgin keçən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.Matçda qolları 49-cu dəqiqədə Patrik Mbina və 55-ci dəqiqədə Aron Maluda rəqib qapısından keçiriblər.

Oyun həmçinin qırmızı vərəqələrlə də yadda qalıb. Qonaqların heyətində Tompson Qavi 36-cı dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. “Sabah”ın futbolçusu Aleksey İsayev isə 64-cü dəqiqədə birbaşa qırmızı vərəqə ilə cəzalandırılaraq komandasını azlıqda qoyub.

Qeyd edək ki, bununla da xallarının sayını 72-yə çatdıran “bayquşlar” turnir cədvəlinə başçılıq edirlər.

Onu da bildirək ki, Masazır təmsilçisi növbəti turda qələbə qazanarsa, çempionluğunu rəsmiləşdirəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.