Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.13.2026 | 11:00 | Baxılıb: 5341
“Sabah”ın qapıçısı Stas Pokatilov komandadan ayrıla bilər.

“gece.ws” xəbər verir ki, bu barədə “vesti.kz” saytı məlumat yayıb.

Qazaxıstanlı qolkiperin Masazır təmsilçisi ilə müqaviləsi yayda başa çatır. Pokatilov klubun yeni sözləşmə təklifini qəbul etməyib.

Qazaxıstan millisinin üzvünə Türkiyədən təklif var. 33 yaşlı “əlcək sahibi” özünü Super Liqada sınamağa isti yanaşır.

Qeyd edək ki, Stas Pokatilov 2025-ci ilin yanvarından “Sabah”da çıxış edir. O, cari mövsümdə Premyer Liqanın liderinin heyətində 27 oyunda meydana çıxıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.