“gece.ws” xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində baş verib.
Belə ki, “Mercedes Vito” markalı mikroavtobus, “VAZ 2109”, “Opel” və “Qazel” markalı avtomobillərlə toqquşub.
Qəzada “VAZ”ın sürücüsü, 1978-ci il təvəllüdlü Qaragüney sakini İbrahim Səxavət oğlu Qurbanov hadisə yerində ölüb.
Qəza zamanı xəsarət alan 7 nəfər - 2000-ci il təvəllüdlü Bəxtiyar Ələsgərov, 1990-cı il təvəllüdlü Xalidə Əhmədova, 1970-ci il təvəllüdlü Arifə Allahverdiyeva, 1975-ci il təvəllüdlü Emin Xudiyev, 1964-cü il təvəllüdlü Mürvət Turabov, 1960-cı il təvəllüdlü Zərbuta Abbasova, 1996-cı il təvəllüdlü Camal Camalzadə müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
***
Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 07:30 radələrində Sabirabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 8 nəfər (5-i kişi, 3-ü qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Surxay Şahbazov
