Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.07.2026 | 00:05 | Baxılıb: 2638
Xəbər verdiyimiz kimi, UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ” “Dinamo” (Kiyev, Ukrayna) 0:1 hesabı ilə uduzub.

“gece.ws” xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında matçı dəyərləndirib.

“Çox danışacaq bir şey yoxdur. İlk oyundur. Rəqibi təbrik edirəm. Cavab oyununa hazırlaşmalıyıq. Qarşımızda müdafiədə çox yaxşı oynayan, sürətli əks-hücumlara malik nizam-intizamlı komanda var idi. Oyunun ritmini bir qədər artırmaq lazım idi. Amma hava şəraiti buna imkan vermədi, həddindən artıq isti idi. Futbolçuların üzərinə çox getmək istəmədim. Bakıda 5-6 gün hazırlıq vaxtımız olacaq. Oyunu tam analiz edib cavab matçına hazırlaşacağıq”, - təcrübəli mütəxəssis qeyd edib.

-Futbolumuzdakı problemlərin səbəblərindən biri yerli futbolçuların az olmasıdır?

-Belə hallar olur. Limitin olmaması da Azərbaycan futbolunda uzun illərdən sonra tətbiq edilən qərardır. Sadəcə, belə bir proqram, belə bir layihə həyata keçirilib və bunun nəticəsini görmək üçün müəyyən vaxt lazımdır. Düşünürəm ki, zamanla özünü doğruldacaq. Ümumilikdə isə klublarımız Avropa oyunlarında heç də pis çıxış etmir. Bir xeyli qələbələrimiz var. Amma bu mövzu genişdir. Ona görə hazırda bu suala ətraflı cavab verə bilməyəcəyəm.

-Oyunun qırılma nöqtəsi nə oldu?

-Demək olar ki, sadəcə kiçik bir səhv oldu və həmin epizoddan qol buraxdıq. Amma ümumilikdə müdafiədə stabil çıxış etmədik. Hücum xəttində isə bir qədər aqressivlik və aktivlik çatmadı.

- Zubir bu gün yaxşı formada olmasa da, əsas heyətdə idi. Onu oynatmağınızın əsas səbəbi nə idi?

-Sadəcə bu gün oynatdım. Start heyətində yer aldı, çünki oyun praktikası qazanmağa ehtiyacı var idi. Onunla bağlı müəyyən düşüncələrimiz və planlarımız var idi. İstəyirdik ki, oyuna uyğunlaşsın. Bəzi məqamlarda alındı, bəzi məqamlarda isə tam istədiyimiz kimi olmadı. Bunun arxasında başqa bir səbəb yoxdur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.