Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.28.2026 | 21:35 | Baxılıb: 2246
“Fənərbaxça” klubu 6-7 iyun tarixlərində növbədənkənar seçkilər üzrə ümumi yığıncağın keçiriləcəyini açıqlayıb.

gece.ws” xəbər verir ki, klubda prezidentlik yarışı üçün üç əsas namizədin adı bəllidir.

Bunlar keçmiş TFF başçısı və “Acıbadem”in rəhbəri Mehmet Ali Aydınlar və iş adamları Hakan Safi ilə Barış Göktürkdür. Artıq namizədlərin seçki hazırlıqlarına başladığı və idarə heyəti siyahıları üzərində işlədikləri bildirilir.

Digər tərəfdən, klubun keçmiş prezidentləri Aziz Yıldırım və Ali Koçun, həmçinin hazırkı rəhbər Sadettin Saranın yenidən namizəd olmaq niyyətləri yoxdur. Xüsusilə Sadettin Saranın bu qərarı camiədə yeni bir dönəmin başlanğıcı kimi qiymətləndirilir.

Qeyd edək ki, “Qalatasaray”la derbi məğlubiyyətindən sonra baş məşqçi Domeniko Tedeskonun gedişi və idarə heyətinin buraxılması seçki qərarını sürətləndirən əsas amillər olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.