Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.30.2026 | 00:55 | Baxılıb: 1381
Pakistanın Baş naziri Şahbaz Şərif 3-6 iyul tarixlərində İran və Türkiyəyə rəsmi səfər edəcək.

“gece.ws” xəbər verir ki, bu barədə “Dawn” nəşri məlumat yayıb.

Məlumata görə, səfər zamanı Şərif İran və Türkiyə rəhbərliyi ilə görüşəcək. O, Tehranla Vaşinqtona sülh prosesi çərçivəsində İslamabad anlaşma memorandumunun şərtlərinə əməl etmək çağırışı ilə müraciət edəcək.

Xatırladaq ki, ABŞ və İran arasındakı kövrək barışıq iyunun 27-də tərəflərin Fars körfəzində qarşılıqlı zərbələr endirməyə başlamasından sonra sarsılıb. ABŞ-nin əməliyyatı İranın rabitə və hava hücumundan müdafiə obyektlərinə, pilotsuz uçuş aparatları anbarlarına və minalama vasitələrinə qarşı yönəldilmişdi. Buna isə Hörmüz boğazında neft tankerinə edilən hücum səbəb olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.