Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.02.2026 | 10:27 | Baxılıb: 1101
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “gece.ws”ya verilən məlumata görə, əksər bölgələrdə yağıntılı hava şəraiti davam edir.

Bəzi yerlərdə qar yağır. Qarın hündürlüyü Şahbuzda 37, Kişçayda (Şəki) 33, Əlibəydə (Zaqatala) 25, Xınalıq, Qrızda 24, Daşkəsəndə 22, Kəlbəcərdə 21, Qusar, Gədəbəydə 18, Laçın, Şahdağ, Qubadlıda 16, Sarıbaşda (Qax) 15, Şuşada 12, Xaltanda 11, Göygöl, Xankəndidə 10, Xocalı, Xızı, Lerik, Qubada 7, Füzulidə 6, İsmayıllıda 5, Tərtər, Oğuz, Qəbələdə 4, Qobustanda 1 sm-dir.

Düşən yağıntının miqdarı Lənkəranda 12, Astarada 11, Tovuzda 10, Gəncədə 8, Ağstafa, Balakən, Bərdə, Mingəçevir, Naftalan, Goranboy, Şəmkir, Göyçay, Ağdam, Naxçıvan, Yevlax, Şamaxı, Zərdab, Ceyrançöl, Culfada 5 mm-dir.

Daşkəsən, Göygöl, Gəncə, Qax, Şəki, Qusar, Xaltan, Lerik, Naftalan, Şəmkir, Balakən, Göyçay, Şamaxıda duman müşahidə olunur, görünüş 500 metrədək məhdudlaşır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.