
“gece.ws” xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyasında keçirilən seçkiqabağı debatlar zamanı “Vətəndaş müqaviləsi” partiyasından deputatlığa namizəd, Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
“Sizə bir sirr aça bilərəm: bu yaxınlarda azərbaycanlı həmkarım (Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova - red.) məni Azərbaycanda baş tutan forumda iştirak etmək üçün bu ölkəyə səfərə dəvət etmişdi. Lakin təəssüf ki, seçkiqabağı təşviqat səbəbindən forumun işində iştirakdan imtina etməli oldum”, - Simonyan qeyd edib.
Ermənistan parlamentinin spikeri siyasi xadimlərin sülh üçün məsuliyyəti öz üzərilərinə götürməli olduqlarını diqqətə çatdırıb.
Xatırladaq ki, daha əvvəl A.Simonyan S.Qafarovanı Ermənistana səfərə dəvət etmişdi.