Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.16.2026 | 16:42 | Baxılıb: 1227
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev rusiyalı həmkarı Aleksey Overçukla görüşəcək. 

“gece.ws” TASS-a istinadən xəbər verir ki, bu barədə Overçuk Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclasında çıxışı zamanı bildirib. 

“Artıq həm Kazan Forumu, həm Rusiya-İslam dünyası Beynəlxalq İqtisadi Forumu, həm də iki aydan sonra keçiriləcək Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı görüşlərin keçirilməsi planlaşdırılıb”, - o deyib. 

Rusiya Baş nazirinin müavini bu cür təmasların önəmini vurğulayıb, onların ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyini diqqətə çatdırıb. 

 

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.