Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.01.2026 | 10:43 | Baxılıb: 1169
Niderlandda vəliəhd şahzadə Katarina-Amaliya və onun bacısı şahzadə Aleksiyaya sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb. 

“gece.ws” xəbər verir ki, bu barədə yerli “Algemeen Dagblad” nəşri məlumat yayıb. 

33 yaşlı şübhəli şəxsin sui-qəsd hazırlığına hələ fevral ayında başladığı bildirilir. 

Həmin şəxsin evində aparılan axtarış zamanı üzərində şahzadələrin adları və faşist salamı həkk olunmuş iki balta, həmçinin monarxın qızlarının adlarının və “qanlı qırğın” törətmək niyyətinin qeyd olunduğu bir kağız aşkar edilib.

İş üzrə ilk məhkəmə iclasının mayın 4-də keçirilməsi planlaşdırılır.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.