
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan “gece.ws”ya bildirilib ki, faktla bağlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri bütün tədbirlər icra olunub.
Araşdırmalar zamanı qızın 16 yaşının tamam olması müəyyənləşib.
Polis əməkdaşları oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.
Planlaşdırılan toy məclisi isə təxirə salınıb.