Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.04.2026 | 16:50 | Baxılıb: 2172
Salyan rayonunda 43 yaşlı qadın itkin düşüb.

“gece.ws"in məlumatına görə, rayon sakini, 1983-cü il təvəllüdlü Əhmədova Sevinc Xəlil qızı martın 20-si, axşam saatlarında yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

İtkin düşən şəxsin əlamətləri belədir: boyu 165 sm, qara uzun saçlı, arıq bədən quruluşludur. Evdən çıxan zaman əynində sarı rəngli köynək və şalvar olub. Bildirilir ki, o, ruhi-əsəb xəstəliyindən əziyyət çəkir.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya onun barəsində hər hansı məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin Salyan Rayon Polis Şöbəsinə (021 254 07 85, 055 390 87 87, 055 822 30 80) müraciət etmələri xahiş olunur.

***

S.Əhmədovanın yeri polis əməkdaşları tərəfindən müəyyən edilib.O, artıq ailəsinə ailəsinə təhvil verilib.

Surxay Şahbazov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.