
“gece.ws” xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək.
Əvvəlcə “Şamaxı” öz meydanında “Neftçi”ni qəbul edəcək. Bu komandalar arasında ilk dövrədə baş tutan qarşılaşmada qalib aşkarlanmayıb - 1:1. Hazırda “Neftçi” 30 xalla 7-ci, bölgə təmsilçisi isə 25 xalla 8-ci pillədə qərarlaşıb.
Günün ikinci matçında “Qəbələ” öz meydanında “Karvan-Yevlax”ı sınağa çəkəcək. Bu komandalar hazırda turnir cədvəlinin son iki pilləsində yer alıblar. “Qəbələ” 15 xalla 11-ci, Yevlax klubu isə 6 xalla 12-cidir. Bu komandaların ilk dövrədəki matçında bərabərlik qeydə alınıb - 1:1.
28 fevral (şənbə)
14:30. “Şamaxı” - “Neftçi”
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Kərim Zeynalov, İnqilab Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Pərvin Talıbov
Şamaxı şəhər stadionu
17:00. “Qəbələ” - “Karvan-Yevlax”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Mirnihat Seyidov, Rövşən Rəcəbov
VAR: Vüqar Həsənli
AVAR: Kamran Bayramov
Qəbələ şəhər stadionu
1 mart (bazar)
16:30. “Turan Tovuz” - “İmişli”;
19:00. “Qarabağ” - “Sabah”.